Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru təyin edilib.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə Nigar Kərimovaya institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova yeni təyin olunan rəhbəri institutun kollektivinə təqdim edib.
Qeyd edək ki, Nigar Kərimova 2016–2024-cü illərdə Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olub, eyni zamanda Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib.
O, 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirib. 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.

