Sabunçu və Abşeron rayonlarında oğurluq hadisələri törətməkdə şübhəli bilinən dörd nəfər polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, Sabunçu rayonu ərazisində zərərçəkənlərə məxsus ümumi dəyəri 5 min manata yaxın olan məişət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 29 yaşlı N.Xəlilov müəyyən edilərək saxlanılıb.
Abşeron rayonunda isə tikiş sexlərindən birindən ümumi dəyəri 15 min manat olan 50 min ədəd kisə oğurlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 45 yaşlı E.Kərimov, 34 yaşlı N.Quliyev və 36 yaşlı S.Qaraşov saxlanılıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

