Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Nərimanlı Zəhra "Əlaçı" televiziya verilişinin qalibi olub.
Bu barədə Denmedia.az-a təhsil müəssisəsindən məlumat verilib.
Geniş dünyagörüşü, yüksək bilik səviyyəsi və çevik zəkası ilə rəqiblərini geridə qoyan məktəblinin bu parlaq uğuru təhsil ocağının kollektivi, müəllimləri və yaxınları tərəfindən böyük qürur və sevinclə qarşılanıb.
Zəhranın nümayiş etdirdiyi əzm və intellektual hazırlıq gənclər arasında elmə, təhsilə olan marağın və sağlam rəqabət ruhunun bariz nümunəsidir.
Qazandığı qələbə ilə həm məktəbini, həm də regionu layiqincə təmsil edən Nərimanlı Zəhranı təbrik edir, ona gələcək təhsil həyatında və yeni-yeni zirvələri fəth etməkdə davamlı uğurlar arzulayırıq.
Ellada Rəsul
Denmedia.az

