Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderləri və ABŞ administrasiyasının nümayəndələri ilə danışıqlar aparmaq üçün İrlandiyanın paytaxtı Dublinə gəlib.
“Avropa Pravda” nəşrinin məlumatına görə, Ukrayna lideri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Zelenski Avropa Siyasi Birliyinin IX Zirvə toplantısında iştirak etmək məqsədilə İrlandiyaya səfər etdiyini bildirib.
Onun sözlərinə görə, noyabrın 11-də və 12-də tərəfdaş ölkələrin rəhbərləri ilə ikitərəfli və çoxtərəfli görüşlər planlaşdırılıb.
Ukrayna Prezidentinin ABŞ lideri Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə də görüşəcəyi gözlənilir.
“Ümumilikdə 20-yə yaxın liderlə görüş nəzərdə tutulub. Avropa Siyasi Birliyinin sammitinin açılış plenar iclasında iştirak edəcəyəm. Sülhü daha da yaxınlaşdırmaq üçün çalışırıq. Ukraynaya kömək edən və dəstək göstərən hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski bildirib.

