Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən rəsmi mərasim zamanı fəxri qarovulun iki hərbi qulluqçusu qəfil huşunu itirib.
“Le Parisien” nəşrinin məlumatına görə, hadisə noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrininin Parisdəki Yelisey sarayına səfəri zamanı baş verib.
Mərasim zamanı qarovulçulardan biri əlindəki qılıncı aşağı endirib, müvazinətini itirərək yerə yıxılıb. Bunu görən Makron və ətrafındakı şəxslər dərhal hərbçinin köməyinə tələsiblər.
Qısa müddət sonra daha bir qarovulçu huşunu itirərək yerə yıxılıb.
Hər iki hərbçi Yelisey sarayının əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.

