Şəmkirdə iki nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobilin aşması nəticəsində 1995-ci il təvəllüdlü Eşqin Abbasov və Elgün Abbasov həyatlarını itiriblər.
Qəza zamanı 1994-cü il təvəllüdlü R. Səfərov da xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

