Xaçmaz rayonunun Nərəcan kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az-ın Şimal bürosunun məlumatına görə, 99-MC-437 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı ağacları qıraraq aşıb və təxminən 130–140 metr sürüşüb.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.


Nüşabə Baxşıyeva

