Türkiyənin tanınmış aktyorları, bir vaxtlar sevgili olan Tuba Büyüküstün və Bülent İnal uzun illər sonra eyni tədbirdə görüntüləniblər.
Türkiyə mediasının məlumatına görə, iki məşhur aktyor Antalyada keçirilən COP31 İqlim Sammiti çərçivəsində təşkil olunan tədbirdə bir araya gəlib.
2005–2007-ci illərdə yayımlanan “Ihlamurlar Altında” serialında baş rolları canlandıran aktyorların yenidən eyni məkanda görünməsi serialın izləyicilərinə nostalji anlar yaşadıb.
Qeyd edək ki, Tuba Büyüküstün və Bülent İnalın yolları ilk dəfə “Aşk Yolu” televiziya filmində kəsişib. Daha sonra onlar “Ihlamurlar Altında” serialında birlikdə rol alıblar.

Serialda Büyüküstün varlı Tekiner ailəsinin qızı Filiz Tekineri, İnal isə Yılmaz Akın obrazını canlandırıb.
Ekran arxasında başlayan münasibətləri real həyatda da sevgiyə çevrilib. Təxminən iki il davam edən münasibətləri həmin dövrdə Türkiyə mətbuatında geniş müzakirə olunub.
Cütlük birlikdə olduqları illərdə “Elele” jurnalı üçün xüsusi fotosessiyada da iştirak edib. Çəkiliş zamanı məşhur romantik filmlərdən səhnələri canlandırıblar.

Lakin Tuba Büyüküstün və Bülent İnalın münasibəti 2007-ci ildə başa çatıb.

