ABŞ Prezidenti Donald Tramp YouTube platformasında amerikalı bloger Ceyk Pol ilə müsahibə zamanı ona UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədovla döyüşə çıxmağı təklif edib.
Ağ Ev rəhbəri rusiyalı idmançı barədə danışarkən onun “sadəcə möhtəşəm” olduğunu bildirib.
“Həbib necə olar? Məncə o, sadəcə möhtəşəmdir”, — deyə Donald Tramp Ceyk Pola müraciət edib.
Qeyd edək ki, ötən ilin dekabrında süper ağır çəki üzrə sabiq dünya çempionu Entoni Coşua Ceyk Polu Mayamidə keçirilən səkkiz raundluq döyüşdə altıncı raundda nokautla məğlub etmişdi.
Əvvəlcə Ceyk Polun rəqibi amerikalı Cerwonta Devis olmalı idi. Lakin ona qarşı cinayət ittihamları irəli sürüldüyü üçün hazırlıq prosesindən kənarlaşdırılmış və nəticədə rəqib dəyişdirilmişdi.

