Son vaxtlar Qurban Qurbanovun “Qarabağ”dan ayrılacağı ilə bağlı yayılan müxtəlif iddialara artıq son qoyulub.
DenMedia.az sportinfo.az-a istinadən xəbər verir ki, adı Türkiyə, Rusiya və Avropanın bir neçə klubu ilə hallanan təcrübəli mütəxəssis gələcəyi ilə bağlı növbəti mühüm qərarını verib. Məlumata görə, Qurban Qurbanov qarşıdakı 3 ili Ağdam klubunda keçirəcək.
2008-ci ildən “Qarabağ”a rəhbərlik edən baş məşqçi klubla 2029-cu ilə qədər yeni müqavilə imzalayıb. Yeni razılaşmaya əsasən, “Qarabağ” Qurbanovun əməkhaqqını da artırıb.
Qeyd edək ki, Qurban Qurbanov “Qarabağ”ı 13 dəfə Azərbaycan çempionu edib və komanda ilə 6 dəfə Azərbaycan Kubokunu qazanıb. Cari mövsümdə isə ikinci dəfə Çempionlar Liqasında çıxış etmək hüququ qazanan komanda turnirin pley-off mərhələsinə qədər irəliləyib

