“Neftçi” futbol klubunun sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının keçmiş vitse-prezidenti Sadıq Sadıqov ömrünün 61-ci ilində vəfat edib.
Sadıqov 2009–2015-ci illərdə “Neftçi”yə rəhbərlik edib. Onun rəhbərliyi dövründə Bakı klubu ardıcıl üç dəfə Azərbaycan çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.
Məhz həmin dövrdə “Neftçi” tarixə düşərək avrokubok turnirinin əsas mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub.

