“Neftçi” Azərbaycan millisinin üzvü Elvin Bədəlovu transfer edib.
Den.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Rusiyanın “Zenit” klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə də "Neftçi"nin şərəfini qoruyub.
Futbolçu hazırda "Neftçi"ni çalışdıran Samir Abasovun rəhbərliyi altında “Sumqayıt”da (2019-2025) da çıxış edib.
Qeyd edək ki, E.Bədəlov millidə 10 oyun keçirib.