Lyuis Hemilton “Ferrari”nin heyətində ilk qələbəsini qazanıb.
Britaniyalı pilot Formula-1 üzrə Barselona Qran-prisini qalib başa vurub. Hemilton yarışın gedişinə inamla nəzarət edib və finişə təxminən 20 saniyəlik üstünlüklə çatıb.
Bu qələbə onun karyerasında 106-cı, “Ferrari” üçün isə dünya çempionatı tarixində 249-cu qələbə olub.
Yarışda ikinci yeri Corc Rassell, üçüncü yeri isə Lando Norris tutub. Beləliklə, Barselona Qran-prisində ilk üç pillənin hamısını britaniyalı pilotlar tutublar.
Dördüncü yerdə Maks Ferstappen, beşinci pillədə isə Oskar Piastri qərarlaşıb. Onlardan sonra müvafiq olaraq İsak Hacar, Pyer Qasli, Franko Kolapinto, Liam Louson və Arvid Lindblad finişə çatıblar.
Qeyd olunur ki, 19 yaşlı Andrea Kimi Antonelli yarışın gedişində mübarizəni dayandırıb. O, daha əvvəl ardıcıl beş qələbəlik seriya ilə diqqət çəkmişdi.

