Yeddiqat Formula-1 çempionu Lewis Hamilton Ferrari komandasına keçdikdən sonra ilk dəfə podiuma yüksəlib.
Yarışda o, Mercedes pilotları Andrea Kimi Antonelli və George Russelldən geri qalaraq üçüncü yeri tutub.
Lewis Hamilton 2025-ci ildən Ferrari komandasında çıxış edir. Bu müddət ərzində o, bu yarışa qədər heç vaxt mükafatçılar sırasına düşməmişdi. Halbuki komanda yoldaşı Charles Leclerc bu müddətdə yeddi dəfə podiuma çıxıb.
Britaniyalı pilot karyerasında 203-cü dəfə yarışın ilk üçlüyünə düşüb və bu nəticə Formula-1 tarixində rekord hesab olunur.
Qeyd edək ki, Hamilton sonuncu dəfə 2024-cü ildə Las Vegas Qran-prisində podiuma qalxmışdı və həmin vaxt Mercedes komandasında çıxış edirdi.

