The Guardian yazır ki, Argentina Prezidenti Xavyer Miley 2026-cı il dünya çempionatı zamanı milli komandaya qarşı tənqidlərin koordinasiyalı kampaniyanın bir hissəsi olduğunu iddia edib.
Onun sözlərinə görə, kampaniyanı ABŞ Demokrat Partiyası, Braziliya və Meksika hökumətləri maliyyələşdirib. Miley əsas maliyyə dəstəyinin Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın hökumətindən gəldiyini bildirib. Lakin o, iddialarını təsdiqləyən konkret sübut təqdim etməyib.
Turnir zamanı Argentina yığması və azarkeşləri sosial şəbəkələrdə, xüsusilə irqçilik iddialarına görə tənqid olunublar. Finaldan əvvəl aktyor Samuel L. Cekson da qaradərili azarkeşləri Argentina yığmasını dəstəkləməməyə çağırıb.
Finalda İspaniya Argentinanı Ferran Torresin əlavə olunmuş vaxtda vurduğu qolla məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Lamine Yamal isə 19 yaşında həm Avropa, həm də dünya çempionu adını qazanıb.

