Almaniya şəhərlərinin büdcə çatışmazlığı ilin yekunlarına görə 30 milyard avroya çata bilər.
DenMedia.az Bild qəzetinə istinadən xəbər verir ki, bu səbəbdən demək olar ki, hər bir bələdiyyə iflasın astanasına düşüb və hakimiyyət sosial xərcləri azaltmağa hazırlaşır.
Nəşr şəhər hakimiyyətlərinin məlumatlarına istinad edərək yazır:
“Bu il, görünür ki, xərcləri ödəmək üçün 30 milyard avro çatmayacaq. Bürokratik dildə buna ‘struktur kəsiri’ deyilir.”
Qəzetin məlumatına görə, sənaye böhranı səbəbindən vergi gəlirləri azalarkən, xərclər artmaqda davam edir və Essen şəhərinin meri Tomas Kufen qeyd edib ki, demək olar bütün Almaniya şəhərləri hazırda faktiki olaraq iflas həddindədir.
Məqalədə vurğulanır:
“Hovuzların, gənclər klublarının, muzeylərin maliyyələşdirilməsi… bütün bunlar müzakirə mövzusu olacaq. Bu qapalı dövrədir, çünki vətəndaşlar qapılarının ağzında yoxsulluğu görəcəklər.”

