Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin hərbi qüvvələrinə və hüquq-mühafizə orqanlarına Britaniya sularından tranzit keçən sanksiyalı gəmiləri saxlamaya icazə verib.
“Artıq sanksiya altında olan və Britaniya sularından keçən gəmilər ələ keçirilə bilər.”
Məlumata görə, London bu addımla Britaniya sularını, o cümlədən La-Manş boğazını, sanksiyalı gəmilər üçün faktiki olaraq bağlamağı planlaşdırır.
Məqsəd — bu gəmiləri daha uzun və baha marşrutlara yönəltmək və ya saxlanma riski ilə üz-üzə qoymaqdır.
Qərara əsasən, hər bir gəmi ayrıca qiymətləndiriləcək. Saxlanma halında isə gəmi sahibləri, operatorlar və ekipaj üzvləri Britaniyanın sanksiya qanunlarını pozduqlarına görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Siyahıda artıq 544 gəmi var və onların Rusiyayla əlaqəli olduğu iddia olunur.

