Sankt-Peterburq sakini öz qızını öldürməkdə ittiham edilib. Bu barədə region üzrə RF İstintaq Komitəsi məlumat yayıb.
Hadisə Apraksin küçəsindəki mənzildə baş verib. İlkin məlumata görə, qadın körpəni boğaraq öldürüb, sonra onu çantaya qoyub divanın içinə gizlədib və mənzildən qaçıb.
Bir müddət sonra qızın atası evə qayıdıb və uşağın cəsədini tapıb.
Qadın barəsində uşağın qətlə yetirilməsi maddəsi üzrə cinayət işi açılıb, ona artıq ittiham irəli sürülüb və yaxın vaxtlarda qətimkan tədbiri seçiləcək.
“İstintaq qadının barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edir”, – deyə açıqlamada bildirilir.
Məlum olub ki, cinayətin baş verdiyi vaxt qadın spirtli içkinin təsiri altında olub. O, valideynlik öhdəliklərini yerinə yetirmədiyi üçün artıq nəzarət altında saxlanılırdı.
İstintaq Komitəsinin əməkdaşları ailəni nəzarətdə saxlayan məsul qurumların fəaliyyətini də araşdıracaq və onların işinə hüquqi qiymət veriləcək.

