Cinayətkar birlikdə iştirak, terror aktlarının hazırlanması və terrorçuluğun maliyyələşdirilməsi ittihamları ilə beynəlxalq axtarışa verilmiş Elşən İlham oğlu Əsgərov Azərbaycana ekstradisiya edilib.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əsgərovun olduğu yer Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilib və o, həmin ölkədə saxlanılıb.
Məlumata görə, onun ekstradisiyası 21 iyunda Azərbaycan və BƏƏ arasında mövcud ikitərəfli razılaşma əsasında həyata keçirilib.
Azərbaycana gətirildikdən sonra Əsgərov məhkəmə qərarı ilə istintaq təcridxanasına yerləşdirilib.
Qeyd olunur ki, o, terrorçuluğun maliyyələşdirilməsi, o cümlədən İŞİD-lə əlaqəli şəxslərə pul köçürmələri etməkdə ittiham olunur.

