Kürasao millisinin qapıçısı Eloy Rom ÇM-2026-nın qrup mərhələsinin ikinci turunda Ekvador yığması ilə keçirilən matçın ən yaxşı futbolçusu seçilib.
Qarşılaşma sensasiyalı şəkildə 0:0 hesabı ilə başa çatıb.
37 yaşlı qapıçı oyun ərzində qapısına ünvanlanan 15 zərbəni dəf edib və dünya çempionatları tarixində əsas vaxt ərzində ən çox seyv edən qapıçı kimi rekorda imza atıb.
Mütləq rekord isə ABŞ millisinin sabiq qapıçısı Tim Hovarda məxsusdur. O, 2014-cü ildə Belçikaya qarşı oyunda əlavə vaxt da daxil olmaqla 16 zərbəni dəf etmişdi.
E qrupunun turnir cədvəlində Almaniyanın 6 xalı var. Kot-d’İvuar 3 xal toplayıb. Ekvador və Kürasao isə hərəyə 1 xal qazanıb.
Son turda Ekvador Almaniya ilə qarşılaşacaq, Kürasao isə Kot-d’İvuarla oynayacaq.

