Qaxda Vətən müharibəsi qazisi bıçaqlanıb.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Ləkit-Kötüklü kəndində qeydə alınıb.
Kənd sakini, 43 yaşlı İlkin Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.
Onun kəsilmiş-deşilmiş xəsarətlər aldığı bildirilir.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
Qeyd edək ki, 2 uşaq atası olan İ. Babayev Vətən müharibəsi qazisidir.

