Zaqatalada daha bir yol qəzası baş verib.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan rayonun Danaçı kənd sakini 25 yaşlı Murtuzəli Feyzullah oğlu Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
M. Mustafayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İknci Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.

