Hindistanın paytaxtı Dehlidə başsız körpə meyiti aşkar edilib.
News 9 Live nəşrinin məlumatına görə, körpənin meyiti şəhərdəki krematoriyanın giriş qapısı yaxınlığında tapılıb.
İlkin məlumatlara əsasən, körpənin təxminən 2-3 aylıq olduğu ehtimal edilir. Onun başı isə hələ də tapılmayıb.
Polis körpənin ölümünün səbəbini və meyitin krematoriyanın yaxınlığına kim tərəfindən qoyulduğunu müəyyənləşdirməyə çalışır.
Hadisə ilə bağlı araşdırma aparılır, yerli sakinlər dindirilir və hadisə yeri müayinə olunur.

