Xəbər verdiyimiz kimi, Göyçayda 3 aylıq körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Denmedia.az xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb.
Məlumata görə, körpənin anası Nigar Abdullayeva pilləkəndən düşərkən müvazinətini itirərək yıxılıb. Bu zaman onun qucağında olan 3 aylıq körpə yerə düşüb və baş nahiyəsindən ağır xəsarət alıb.
Təəssüf ki, körpənin həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Körpənin ölümü ailəsi üçün böyük faciəyə çevrilib.
Faktla bağlı araşdırma aparılır.

