Avstraliyada 1980-ci illərdə dörd nəfəri öldürdüyünə görə dörd ömürlük həbs cəzası çəkən 77 yaşlı Alistair Farquhar MacRaenin şərti azadlığa buraxılması ilə bağlı qərara yenidən baxılır. MacRae 1987-ci ilin dekabrında həbs edilib və o vaxtdan həbsdədir.
MacRae 2023-cü ilin dekabrında şərti azadlığa müraciət etmək hüququ qazanıb. 2026-cı ilin iyununda komissiya onun azadlığa buraxılması barədə qərar qəbul edib, lakin qərarın icrası dayandırılıb. Hazırda məsələyə Şərti Azadlığa Buraxılma üzrə İnzibati Nəzarət Komissiyasının yeni rəhbəri Devid Lovell baxır. İlkin dinləmə avqustun 18-nə təyin olunub. Qərar qüvvədə saxlanılarsa, MacRae azadlığa çıxa bilər.

MacRae-nin ilk məlum qurbanı Albert O’Hara olub. O, kişini Viktoriya ştatındakı ərazisinə çağıraraq güllələyib və orada basdırıb.
Təxminən altı ay sonra, 1985-ci ilin iyulunda MacRae 42 yaşlı, dörd uşaq atası və tərəvəz dükanı sahibi Dominik Marafioteni də eyni üsulla ərazisinə gətirib və öldürüb. Onun cəsədi əvvəlcədən qazılmış qəbirdə, toyuq damının altında basdırılıb. Daha sonra MacRae Adelaidaya gedərək Dominikin valideynləri Roza və Karmelo Marafioteni də öldürüb.

Məhkəmə MacRae-yə dörd ömürlük həbs cəzası verib və onun üçün minimum 36 illik şərti azadlığa buraxılmama müddəti müəyyənləşdirib. Maraqlıdır ki, hökmlərdən birinin elan edilməsi zamanı MacRae özü məhkəmədən azadlığa buraxılmamasını istəyib və normal cəmiyyətdə yaşaya bilmədiyini bildirib.

