Gəncə şəhərində 41 yaşlı kişi bıçaqlanıb.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1985-ci il təvəllüdlü S. Fərzəliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.
Hazırda yaralının vəziyyətinin kafi olduğu bildirilir.
41 yaşlı kişinin hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

