Türkiyəli müğənni Demet Akalın Antalyada verdiyi konsert zamanı xoşagəlməz hadisə ilə üzləşib.
Müğənni səhnədə mahnı ifa edərkən tamaşaçılardan birinin onun üzünə lazer işığı tutduğunu görüb. Bundan qəzəblənən Akalın ifasını dayandıraraq həmin şəxsə sərt reaksiya verib.
“Tərbiyəsizlik etmə! Bu qədər insanın haqqını tapdalaya bilməzsən”, – deyə müğənni tamaşaçıya səslənib.

Demet Akalın bu hərəkətin yalnız özünə deyil, konsertə gələn digər tamaşaçılara da mane olduğunu vurğulayıb.
Müğənni lazer işığını üzünə tutan şəxsin konsert məkanından çıxarılmasını tələb edib.
Hadisə Antalyada keçirilən konsertin ən çox diqqət çəkən məqamlarından birinə çevrilib.

