9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Bakıda hərbi orkestrlərin müşayiəti ilə təntənəli yürüşlər keçirilir.
Saat 11:00-da başlayan yürüşlər 13:00-dək davam edəcək.
Hərbi qulluqçular paytaxtın müxtəlif istiqamətlərində aşağıdakı beş marşrut üzrə hərəkət edəcəklər:
Birinci marşrut: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz Vağzalı.
İkinci marşrut: Şəhidlər xiyabanı – Alov qüllələri kompleksi – Çəmbərəkənd parkı – İçərişəhər metro stansiyası – İçərişəhərin Qala qapıları – Azərbaycan Dövlət Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gurun abidəsi.

Üçüncü marşrut: Nəriman Nərimanovun abidəsi – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – “28 Mall” ticarət mərkəzi.
Dördüncü marşrut: “Olympic Star” İdman-Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsiminin abidəsi – Neftçilər prospekti.
Beşinci marşrut: H. Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanı.

