Dünyanın ən böyük kriptovalyutası olan bitkoinin qiyməti təxminən iki aydan sonra ilk dəfə 75 min dollardan aşağı düşüb.
Binance birjasının məlumatına görə, noyabrın 6-da bitkoin 3,45 faiz ucuzlaşaraq Bakı vaxtı ilə saat 19:05-də 74 888 dollara geriləyib.
Sonuncu dəfə kriptovalyutanın qiyməti bu səviyyədən aşağı 2026-cı il sentyabrın 15-də düşmüşdü.
Lakin cəmi altı dəqiqə sonra bitkoinin qiymətində yenidən artım qeydə alınıb. Bakı vaxtı ilə saat 19:11-də onun dəyəri 75 324 dollara yüksəlib, gündəlik ucuzlaşma isə 2,13 faiz təşkil edib.
Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan Ethereum da dəyər itirib. Eyni müddət ərzində onun qiyməti 2,68 faiz azalıb.

