Oktyabrın 30-da İngiltərənin Qərbi Uelsin Pembrokeshire sahilindən vəhşi təbiət və gün batımı fotoşəkilləri çəkmək üçün yola çıxan 54 yaşlı Chris Ellery mühərriki xarab olduqdan sonra dənizin o tayına sürüklənərək İrlandiyaya aparılıb.
Den.az xəbər verir ki, o, Fişqvard limanına (Uelsdəki kiçik bir sahil şəhəri) qayıda bilməyəndən sonra xilasetmə qrupları, o cümlədən sahil mühafizəsi, üç təyyarə və beş qayıq Elleriyə yola düşüb. "The Times of London" qəzeti fotoqrafın bəzi əşyalarının yalnız qayıqla gedə biləcəyi körfəzdə tapıldığını yazıb.
Fotoqrafın üzərində AirTag izləmə cihazı olsa da, axtarış-xilasetmə qrupu fotoqrafı İrlandiya dənizi üzərində tapa bilməyib. İrlandiyanın boş bir hissəsinə enən Ellery daha sonra ərazidəki polis bölməsinə gedib.
Ellery vəziyyəti ilə bağlı bunları deyib: “Mən yerli polis bölməsinə doğru gedərkən, Şey adlı gözəl bir adam avtomobilində dayandı və ən yaxın polis bölməsinin 16 mil uzaqda olduğunu deyərək məni Baltinglassdakı polis bölməsinə aparmaq istədiyini söylədi".
Uikloudakı Baltinglass polis bölməsinə gəldikdən sonra məmurlar Ellereya kömək etmək istədiklərini deyərək ailəsini xəbərdar edib. Elleri həmin an həyat yoldaşı və qızının səsini eşidəndə kövrəlib.
İrlandiyanın Baş naziri Simon Harris də Ellery üçün "Wicklow-a xoş gəlmisiniz" mesajını paylaşıb.
Dənizdə itən fotoqraf başqa ölkədə TAPILDI

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.