Kazan sakini, beş uşaq anası Dilyara Zaleliyeva “Mrs Universe Classic — 2025” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Müsabiqə Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilib.
Qalib açıqlamasında deyib:
“Hələ də qələbəmə inana bilmirəm. Son 15 il ərzində pedaqogika ilə məşğul idim, öz beş övladımı böyüdürdüm, bu sahədə elmi işlər yazırdım, öz məktəb və uşaq bağçaları şəbəkəmi qururdum. Gözəllik müsabiqələri barədə heç düşünmürdüm. İndi isə mən — "Mrs Universe"in qalibiyəm. Heç nə mümkünsüz deyil.”
Mükafat uğrunda Yaponiya, Hindistan, Portuqaliya da daxil olmaqla, müxtəlif ölkələrdən 30 iştirakçı mübarizə aparıb. Zaleliyeva beynəlxalq mərhələdə iştirak hüququnu iyun ayında “Mrs Russia World” milli müsabiqəsində qalib gəldikdən sonra əldə edib.

