İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Den.az xəbər verir ki, nəticələrə əsasən mahnı müsabiqəsinin daha 10 finalçısı müəyyənləşib.
Finala vəsiqə qazanan ölkələr bəlli olub.
İsrail, Litva, Danimarka, Avstriya, Lüksemburg, Finlandiya, Latviya, Malta, Yunanistan və Ermənistan finala keçib.
Müsabiqənin finalı mayın 17-də Bazel şəhərində baş tutacaq. Finalda 26 ölkə mübarizə aparacaq. Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi İsveçrə birbaşa finala çıxıb:
Norveç
Albaniya
İsveç
İslandiya
Niderland
Polşa
San-Marino
Estoniya
Portuqaliya
Ukrayna
Litva
İsrail
Ermənistan
Danimarka
Avstriya
Lüksemburq
Finlandiya
Latviya
Malta
Yunanıstan