Belarusda Litva sərhədinə yaxın ərazidə yerləşən Veseluxa kəndi satışa çıxarılıb. Bu barədə RIA Novosti məlumat yayıb.
Kəndin qiyməti 10 524 dollar təşkil edir ki, bu da təxminən yeni avtomobilin dəyərinə bərabərdir.
Satıcının sözlərinə görə, ərazi xüsusi mülkiyyətdədir, sahədə quyu və elektrik xətti mövcuddur. Lakin kanalizasiya sistemi yoxdur, istilik isə soba vasitəsilə təmin olunur.
Məlumata görə, əmlak əvvəlcə aqro-turizm təsərrüfatı yaratmaq məqsədilə alınıb, lakin layihə həyata keçirilməyib. Qeyd olunur ki, qonşu kəndlərdə dövlət proqramı çərçivəsində boş evlər cəmi 45 Belarus rublundan başlayan qiymətlərlə satışa çıxarılır.

