Tibb elmləri doktoru, professor Aleksandr Seryakov “Radio 1”ə açıqlamasında bildirib ki, ətirli şamlar yandırılarkən zərərli maddələr ayrıla bilər.
Onun sözlərinə görə, parafin yanarkən benzol və toluol buxarları əmələ gətirir. Lakin yaxşı havalandırılan geniş otaqlarda bu maddələrin konsentrasiyası kritik səviyyəyə çatmır.
Onkoloq vurğulayıb ki, şamlardan ayrılan zərərli maddələrin miqdarı sağlam insana ciddi zərər verəcək qədər yüksək deyil.

