Britaniyalı aktyor Devid Berk 91 yaşında vəfat edib. O, 1984-1994-cü illərdə yayımlanan “Şerlok Holmsun macəraları” serialında doktor Vatson obrazı ilə tanınırdı. Bu barədə The Times qəzeti məlumat yayıb.
Aktyorun agentinin sözlərinə görə, Berk mayın 10-da dünyasını dəyişib. Ölüm səbəbi hələlik açıqlanmayıb. Mayın 25-də onun 92 yaşı tamam olacaqdı.
Devid Berkə geniş şöhrət qazandıran əsas rol məhz doktor Vatson obrazı olub.

The Jeremy Brett Sherlock Holmes Podcast layihəsinin açıqlamasında qeyd olunub:
Onun oyunu və obrazı yöndəmsiz axmaqdan təvazökar, ağıllı, sona qədər sadiq və arzulana biləcək ən yaxşı dosta çevirməsi bu şounun uğurunun əsas səbəblərindən biridir. Bu uğur olub, var və həmişə olacaq.
Serialda Berkin tərəf-müqabili məşhur xəfiyyə Şerlok Holms rolunu canlandıran Ceremi Brett olub.

