“Grey’s Anatomy” və “Euphoria” serialları ilə tanınan aktyor Eric Dane 53 yaşında vəfat edib. Bu barədə NBC News aktyorun nümayəndələrinə istinadən məlumat yayıb.
2025-ci ilin aprelində Dane ona amiotrofik lateral skleroz diaqnozu qoyulduğunu açıqlamışdı. Bu xəstəlik sinir sistemini zədələyən və sağalmaz hesab olunan ağır nevroloji pozuntudur.
Aktyorun nümayəndəsi bildirib:
Dərin kədər hissi ilə bildiririk ki, Eric Dane cümə axşamı günortadan sonra ALS ilə cəsarətli mübarizədən sonra vəfat edib. Son günlərini yaxın dostları, sədaqətli həyat yoldaşı və həyatının mərkəzi olan iki qızı – Billie və Georgia ilə birlikdə keçirib.
Eric Dane xüsusilə “Grey’s Anatomy” serialında doktor Mark Sloan, “Euphoria” serialında isə Cal Jacobs obrazı ilə məşhurlaşıb. O, həmçinin “Charmed”, “Las Vegas”, “The Last Ship” seriallarında, “X-Men: The Last Stand”, “Valentine’s Day” və “The Drift” filmlərində rol alıb. 2024-cü ilin iyununda aktyor “The Last Countdown” serialında FTB agenti Nathan Blythe roluna çəkilmişdi; serial 2025-ci ilin yayında yayımlanmışdı.

