Maykl” filmi kassa göstəricilərinə görə “Bohemiya rapsodiyası”-nı geridə qoyaraq bütün zamanların ən çox gəlir gətirən musiqi bayopiki statusunu qazanıb.
Bu barədə Deadline məlumat yayıb.
Filmin dünya üzrə ümumi gəliri 911,9 milyon dolları ötüb.
Şimali Amerikada ekran işi 358,6 milyon dollar, digər beynəlxalq bazarlarda isə 550 milyon dollardan çox gəlir əldə edib. Rusiya tamaşaçıları isə filmə 980 milyon rubldan çox qazandırıb.
Bundan əvvəl musiqi bayopikləri arasında rekord “Bohemiya rapsodiyası” filminə məxsus idi. Həmin ekran işi dünya üzrə 911 milyon dollar gəlir toplamışdı.

Antuan Fukuanın rejissoru olduğu layihədə baş rolu Maykl Ceksonun qardaşı oğlu Cəfər Cekson canlandırıb.
Bundan başqa, “Maykl” filmi Lionsgate studiyası üçün də ən gəlirli ekran işi olub. Film studiyanın kataloqunda “Alatoran”, “Aclıq oyunları” və “Con Uik” franşizalarının bütün filmlərini geridə qoyub.
Son dövrlərdə “Maykl” filminin davamı üzərində də aktiv iş aparıldığı bildirilir.

