Rejissor Timur Bekmambetovun “Mərhəmət” filmi ötən həftəsonu ABŞ prokatında Avatar: Alov və Kül filmini geridə qoyub. Bu barədə Variety nəşri məlumat yayıb.
Qeyd olunur ki, film Şimali Amerikada premyera həftəsonunda 11,2 milyon ABŞ dolları gəlir əldə edib. Nəşr bu göstəricini, ABŞ-ın böyük hissəsini əhatə edən kəskin qış fırtınası fonunda təsirli nəticə kimi qiymətləndirir.
“Texasdan Men ştatına qədər 37 ştatda aşağı temperatur, güclü külək və çovğunla bağlı xəbərdarlıqlar elan edilib. Bu da ölkə üzrə bir çox kinoteatrın bağlanmasına səbəb olub”, — deyə materialda bildirilir.
Məlumata görə, James Cameronun “Avatar” franşizasının üçüncü hissəsi həftəsonu cəmi 7 milyon dollar gəlir toplaya bilib.

