Milli Konservatoriyanın prorektoru vəzifədən azad edilib
Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.
Den.az APA-ya istinadən xəbər verir ki, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifədən azad edilib.
Milli Konservatoriya faktı təsdiqləyib.
Qeyd edək ki, Malik Quliyev prorektor vəzifəsinə qədər sözügedən təhsil ocağında İnsturmental muğam kafedrasının müdiri vəzifəsində çalışıb.
Milli Konservatoriyanın prorektoru vəzifəsinə kim təyin edilib?
Eyni zamanda, əldə olunan xəbərə görə, Nizami Əsədov Milli Konsevatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.
Qeyd edək ki, o bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.