24 
okt
2023
16:15
359

SON DƏQİQƏ: SDU-nun prorektoru vəzifəsindən azad edildi-FOTO

24 okt, 2023
16:15
359

SON DƏQİQƏ: SDU-nun prorektoru vəzifəsindən azad edildi-FOTO

SDU-nun prorektoru vəzifəsindən azad edilib.
"Den.az"ın yerli bürosu məlumat verir ki,  SDU-nun Elm və innovasiyalar üzrə prorektoru Məmmədov Ramazan Salam oğlu öz ərizəsi ilə vəzifəsindən azad olunub. O bundan sonra Xarici dillər kafedrasında professor -məsləhətçi kimi fəaliyyət göstərəcək. Ramazan Məmmədov 01.07.1944-cü ildə Qax rayonunun Qum kəndində dünyaya gəlib.
1991-ci ildən 2014-cü ilədək Sumqayıt Dövlət Universitetində (SDU) dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb
2014-cü il may ayının 8-dən SDU-da Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə təyin edilib.
Filologiya elmləri doktoru, professordur. Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi-metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti nəşr olunmuşdur.
Ailəlidir, 3 övladı, 5 nəvəsi var

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar