Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
Den.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Ağdam şəhərindəki “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi büdcədən maliyyələşdirilən qurumlar siyahısına daxil edilib.
***
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, siyahıya Ali kateqoriya dövlət orqanı qismində Prezidentin Protokol Xidməti əlavə edilib.
***
Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Monitorinq qrupu yaradılıb və ictimai əsaslarla fəaliyyət göstərəcək.
Monitorinq qrupunun tərkibinə ƏƏSMN-nin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Bakı Şəhəri İcra Hakimiyyətinin nümayəndələri daxil ediləcək.
Monitorinq qrupunun tərkibinə qrup üzvlərinin təklifi ilə bələdiyyələrin və nizamnamələrinə əsasən sosial xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər daxil edilə bilər.