Artıq çəki oynaq xəstəliklərinin yaranma riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Bu barədə Moskva Səhiyyə Departamentinin V. P. Demixov adına Şəhər Klinik Xəstəxanasının fiziki reabilitasiya üzrə mütəxəssisi Yekaterina Novoselova “aif.ru”ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, artıq çəki artroz xəstəliyinin inkişaf riskini dörd dəfə artırır.
Novoselova qeyd edib ki, oynaqların sağlamlığına travmalar və düzgün seçilməyən fiziki yüklənmələr də mənfi təsir göstərir. Onun sözlərinə görə, hətta yüngül zədələr nəticəsində qığırdaq toxumasında kiçik yırtıqlar yarana bilər.

Həkim bildirib ki, oynaqlarla bağlı problemlər zamanı reabilitasiya tədbirlərinə laqeyd yanaşmaq olmaz. Əks halda oynaqların hərəkət qabiliyyətinin məhdudlaşması riski yarana bilər.
Mütəxəssis narahat ayaqqabılardan istifadə etməməyi də tövsiyə edib.
Onun sözlərinə görə, ayaqqabının dabanının hündürlüyü iki santimetrdən çox olmamalıdır.

