Sabah Qəbələ rayonunun Əmili kəndində 285 abonentin qaz təchizatı dayandırılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Den.az-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu Əmili kəndi ünvanında yol kənarından keçən D-159 mm-lik yerüstü qaz xəttinin üzərindəki qapı keçidinin yer altına salınması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Əmili kəndində 285 abonentin qaz təchizatı daxildən dayandırılacaq.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.