Oktyabrın 2-də saat 14:00-dan etibarən Bakının Suraxanı rayonunda bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, Zığ şosesində (beton yol), MİDA yaşayış kompleksinə aparan istiqamətdə, kompleksin daxili avtomobil yolunda, həmçinin yaşayış kompleksindən Zığ şosesinə, hava limanı istiqamətinə çıxış yolunda təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissələrində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Agentlik sürücülərə müraciət edərək hərəkət zamanı diqqətli olmağı, alternativ yollardan istifadə etməyi və aparılan işlərə anlayışla yanaşmağı tövsiyə edib.

