Noyabrın 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 3–6, gündüz 10–12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət isə 60–70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3–7, gündüz 10–15 dərəcə isti təşkil edəcək.
Dağlarda gecə 3–8, yüksək dağlıq ərazilərdə isə 10–15 dərəcə şaxta gözlənilir. Gündüz temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal edilir.

