Həddindən artıq intensiv və uzunmüddətli fiziki məşqlər ürək sağlamlığına mənfi təsir göstərə bilər.
RT-nin məlumatına görə, bu barədə tibb elmləri namizədi, kardioloq, aritmoloq və reabilitoloq Mariya Çaykovskaya xəbərdarlıq edib.
Mütəxəssis bildirib ki, müntəzəm idmanla məşğul olmaq ürək-damar xəstəliklərinin yaranma riskini azaltsa da, bu xəstəliklərdən tam qorunmağa zəmanət vermir.
“Lakin üzgüçülük, velosiped yarışı və qaçışı birləşdirən triatlon kimi son dərəcə uzun məsafəli yarışlara hazırlıq saatlarla davam edən məşqlər və orqanizmə böyük fiziki yük tələb edir”, – deyə həkim izah edib.
Kardioloqun sözlərinə görə, araşdırmalar göstərib ki, illərlə intensiv dözümlülük məşqləri ilə məşğul olan bəzi idmançılarda qulaqcıqların fibrillyasiyası adlanan ürək ritmi pozğunluğunun yaranma ehtimalı artır.
Bununla əlaqədar mütəxəssis idmana başlamazdan əvvəl şəxsi sağlamlıq vəziyyətini və ailədə ürək-damar xəstəlikləri ilə bağlı risk faktorlarını qiymətləndirməyi tövsiyə edib.

