Çexiyanın baş naziri Andrej Babiş bildirib ki, Azərbaycan ölkəsi üçün mühüm strateji tərəfdaşdır və tərəflər arasında münasibətlər yüksək səviyyədədir.
“Azərbaycan – Çexiya üçün strateji tərəfdaşdır. Aramızda çox isti və dostluq münasibətləri var.”
Babiş bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata açıqlamasında səsləndirib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan hazırda beynəlxalq diqqət mərkəzindədir.

