Özgü Namal Berlin International Film Festival çərçivəsində “Ən Yaxşı Aktrisa” kateqoriyasında namizəd göstərildiyi “Sarı Zarflar” filminin müzakirəsində diqqət çəkən açıqlamalar verib.
Filmin Almaniyada çəkilməsinin aktyorluğuna necə təsir göstərdiyi ilə bağlı suala cavab verən Namal, layihənin Türkiyədə həyata keçirilə bilməyəcək bir hekayə anlatmadığını vurğulayıb.
“Bu filmi Türkiyədə çəkə bilmədiyimiz üçün Almaniyada çəkməmişik. Hekayənin Türkiyədə danışılmayacaq heç bir tərəfi yoxdur. Buna görə performansımın fərqli olacağını düşünmürəm”, – deyə o bildirib.
Aktrisa qeyd edib ki, çəkiliş məkanının dəyişməsi aktyorluq yanaşmasını əsaslı şəkildə dəyişmir və bunun rejissorun seçimi olduğunu xüsusi vurğulayıb.
Filmin rejissoru, daha əvvəl “Öğretmenler Odası” filmi ilə Oskar namizədliyi qazanan İlker Çatakdır.
Festival çərçivəsində keçirilən sual-cavab sessiyasında jurnalistlər filmdə Berlinin Ankaranı, Hamburqun isə İstanbulu təmsil etməsi ilə bağlı sual ünvanlayıblar: “Hekayə Türkiyədə keçsəydi, performansınız dəyişərdimi?”

Namal cavabında performansının coğrafiyadan asılı olmayacağını bildirib. O əlavə edib ki, Çatakın Almaniyadakı atmosferi və enerjini güclü şəkildə ekrana daşıması filmə əlavə qatqı verib. Aktrisa həmçinin Alman və Türk kinosunun ortaq layihədə bir araya gəlməsindən məmnunluğunu ifadə edib.

