İngiltərənin “Mançester Yunayted” klubunda baş məşqçi Maykl Kerrikin gələcəyi sual altına düşüb.
TEAMtalk nəşrinin məlumatına görə, klub rəhbərliyi noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə baş məşqçinin taleyinə aydınlıq gətirməyi planlaşdırır.
Kerrikin komandada qalıb-qalmayacağı “Çelsi” və “Aston Villa” ilə keçiriləcək növbəti iki Premyer Liqa matçının nəticələrindən asılı olacaq.
“Mançester Yunayted” rəhbərliyi uzun müddət müvəqqəti baş məşqçi ilə işləmək istəmir. Buna görə də noyabr fasiləsi yekun qərarın verilməsi üçün ən münasib vaxt hesab olunur.
Bununla belə, klubun direktoru Ceyson Uilkoksun Kerriki ciddi şəkildə dəstəkləməsi mütəxəssisin gələcəyinə təsir göstərə bilər.
Qeyd edək ki, “Mançester Yunayted” mövsümə uğursuz başlayıb. Komanda səkkiz oyunda cəmi yeddi xal toplayaraq İngiltərə Premyer Liqasında 16-cı pillədə qərarlaşıb.

