Münasibətləri ilə maqazin gündəmindən düşməyən Birce Akalay və Hakan Kurtaş bu dəfə tətil fotoları ilə diqqət çəkiblər. Məşhur aktyorun paylaşımına əlavə etdiyi nəzərlə bağlı zarafat isə sosial mediada müzakirə olunub.
Yaş fərqləri ilə tez-tez gündəmə gələn cütlüyün münasibəti davam edir. Tətil mövsümünü birlikdə keçirən Akalay və Kurtaş sosial media hesablarında ard-arda paylaşdıqları fotolarla izləyicilərindən böyük maraq görüblər.

Hakan Kurtaş tətil fotolarını “Qarnı ac olanlar üçün başlıq əvvəldə, gözü ac olanlar üçün isə sonda” qeydi ilə paylaşıb. O, paylaşımın sonuna “Elem terefiş, kem gözlere şiş” sözlərinin yer aldığı görüntü əlavə edərək nəzərə qarşı zarafatla mesaj verib.
Birce Akalay isə sevgilisi və dostları ilə çıxdığı tətildən fotoları belə şərhlə təqdim edib:
“Fredo, ağ pendir və cacıqla həyatda qalıram. Möhtəşəm qonaqpərvərliyinə görə çox sağ ol, əziz qonşu!”
Qısa müddətdə sosial mediada maraq doğuran paylaşımlar minlərlə bəyənmə və şərh toplayıb. Xüsusilə Hakan Kurtaşın nəzərlə bağlı zarafatlı paylaşımı istifadəçilərin diqqətindən yayınmayıb.

